Türkiyə XİN hücumları pisləyən bəyanat yayıb

27 Sentyabr 2022 01:10 (UTC+04:00)

Türkiyə Xarici İşlər Nazirliyi Məscidül-Əqsaya edilən hücumları pisləyən bəyanat yayıb. SİA xəbər verir ki, bəyanatda İsrail hakimiyyətinə təcili olaraq lazımi tədbirlər görməyə çağırış edilib.

Bəyanatda bildirilir: "Radikal İsrail qruplarının işğal altında olan Şərqi Qüdsdə İsrail təhlükəsizlik qüvvələrinin himayəsi altında Məscidül-Əqsaya basqın etməsini pisləyir və qəbuledilməz hesab edirik. Bu, Məscidül-Əqsa və onun müqəddəsliyini pozur. Biz İsrail hakimiyyətini təhdid edən bu təcrübələrə yol verilməməsi və gərginliyin artması üçün dərhal lazımi tədbirlər görməyə çağırırıq”.