İranda daha bir qadın öldürülüb - FOTO

İranda insan qırğınları davam edir. SİA xəbər verir ki, 22 yaşlı Məhsa Əmininin ölümündən sonra ölkədə başlayan etirazlar zamanı daha bir qadının öldüyü bildirilib. Jurnalist və qadın hüquqları müdafiəçisi Məsih Əlinejad sosial media hesabından verdiyi açıqlamada 20 yaşlı Hadis Nəcəfinin təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində öldüyünü bildirib. Bildirilib ki, Nəcəf sentyabrın 21-də açılan atəş nəticəsində qarın, boyun, ürək və əlindən yaralanıb və aparıldığı Qaem xəstəxanasında dünyasını dəyişib.

Nəcəfin böyük bacısı açıqlamasında "Onun cəmi 20 yaşı var idi. Məhsa Əmini üçün ürəyi qırıldı. Susmayacağını söylədi. Onu 6 güllə ilə öldürdülər" dedi.

Bütün xəbərlər Facebook səhifəmizdə