Avropada qazın qiyməti 4000 dollar ola bilər

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Avropada spot bazarda qazın qiyməti 1000 kubmetr üçün 2500 ABŞ dollarını ötüb.

Rusiyanın “Qazprom” şirkəti bu barədə açıqlama verib. Bildirib ki, hazırkı tendensiya davam edərsə, qışda qiymətlər min kubmetr üçün 4000 dollar səviyyəsini keçəcək.

Xatırladaq ki, bu ilin mart ayının 7-də gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3900 dollaradək yüksəlib.

Avropada təbii qazın qiyməti 2070 dollara çatıb BP-nin vitse-prezidenti: “AÇG-də hasilatın azalması yatağın qocalmasından asılıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə