Türkiyədə nə qədər Ukrayna vətəndaşı var?

Diplomatın sözlərinə görə, sənədlərinin müddəti bitmiş ukraynalılar da Türkiyəyə buraxılıb

"Müharibə başlayandan bəri 220 mindən çox Ukrayna vətəndaşı Türkiyəyə gəlib. Ancaq bu gün orada təxminən 45-50 min ukraynalı qalıb", bunu “RBK-Ukrayna”ya müsahibəsində Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar deyib.

SİA-nın əldə etdiyi məlumata görə, "Bu, Türkiyənin daha çox tranzit ölkə olduğunu göstərir. Əslində, Türkiyə rahatdır, çünki burada heç bir problem olmadan 90 gün vizasız qalmaq mümkündür", - deyə səfir əlavə edib.

Diplomatın sözlərinə görə, sənədlərinin müddəti bitmiş ukraynalılar da Türkiyəyə buraxılıb. Onlar, həmçinin ölkəyə şəxsi avtomobillərlə də daxil ola biliblər.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə