Türkiyədə nə qədər Ukrayna vətəndaşı var?

8 Avqust 2022 22:26 (UTC+04:00)

"Müharibə başlayandan bəri 220 mindən çox Ukrayna vətəndaşı Türkiyəyə gəlib. Ancaq bu gün orada təxminən 45-50 min ukraynalı qalıb", bunu “RBK-Ukrayna”ya müsahibəsində Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar deyib.

SİA-nın əldə etdiyi məlumata görə, "Bu, Türkiyənin daha çox tranzit ölkə olduğunu göstərir. Əslində, Türkiyə rahatdır, çünki burada heç bir problem olmadan 90 gün vizasız qalmaq mümkündür", - deyə səfir əlavə edib.

Diplomatın sözlərinə görə, sənədlərinin müddəti bitmiş ukraynalılar da Türkiyəyə buraxılıb. Onlar, həmçinin ölkəyə şəxsi avtomobillərlə də daxil ola biliblər.