ABŞ İranın qara siyahısını genişləndirir

ABŞ İranın neft sektoru ilə əlaqəli 13 şirkətə, iki dəniz tankerinə və iki fiziki şəxsə qarşı sanksiya tətbiq edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Siyahıya BƏƏ, Çin və Vyetnamda qeydiyyatdan keçmiş firmalar, həmçinin Qabon və Panama bayraqları altında neft tankerləri daxildir.

Sanksiyalar ABŞ-ın yurisdiksiyasında olan aktivlərin dondurulmasını və amerikalı fiziki və hüquqi şəxslərin əməliyyatlarına qadağa qoyulmasını nəzərdə tutur.

Qeyd edək ki, bir müddət bundan əvvəl BMT katibinin siyasi məsələlər üzrə müavini Rozmari DiKarlo bildirmişdi ki, Birləşmiş Ştatlar Birgə Hərtərəfli Fəaliyyət Planında (JCPOA) nəzərdə tutulduğu kimi, İrana qarşı sanksiyaları ləğv etməlidir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə