Əzələ nümayişləri başlayır?

Rusiya, Çin və İran Latın Amerikasında bu ölkələrin qüvvələrinin ABŞ-a çata biləcəyini göstərmək üçün bir sıra hərbi təlimlərə hazırlaşır

Rusiya, Çin və İran Latın Amerikasında bir sıra irimiqyaslı təlimlərə hazırlaşır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “The Washington Free Beacon” portalının materialında deyilir.

“İran, Rusiya və Çin güc nümayişi kimi Latın Amerikasında bir sıra mühüm hərbi təlimlər hazırlayırlar ki, bu da bu ölkələrin silahlı qüvvələrinin ABŞ-a çata biləcəyini göstərir”. Bunu “İnterfaks” nəlum məqalənin bir hissəsindən sitat kimi gətirir.

Verilən məlumata görə, Qərb yarımkürəsində “Snayper Sərhəd” adlı hərbi manevrlərdə ştatlardan əlavə daha 10 ölkə iştirak edəcək. Eyni zamanda, avqustun ortalarında Venesuela təlimlərə ev sahibliyi edəcək.

Media qeyd edir ki, bu təlimlərin planları ABŞ-ın regiondakı rəqiblərinin Rusiya Federasiyası, Çin və İranla münasibətlərini necə inkişaf etdirdiyinin ən bariz nümayişidir.

Yeri gəlmişkən, ötən gün Nikaraqua prezidenti öz fərmanı ilə xarici hərbçilərin ölkədə müvəqqəti olmasına icazə verib. Qeyd edək ki, Nikaraqua ərazisində hərbi qüvvəsinə icazə verilən ölkələrin siyahısına digər ölkələrlə yanaşı Rusiya da daxil edilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə