Tramp tezliklə təbliğat kampaniyasına başlayır...

Ağ Evin keçmiş rəhbəri, Respublikaçı Donald Tramp yaxın vaxtlarda 2024-cü ildə keçiriləcək seçkilərdə prezidentlik uğrunda mübarizə kampaniyasına başladığını elan edə bilər, SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “New York Post” ona yaxın mənbəyə istinadən yazıb.

Nərin yazdığına görə, bu, noyabrda keçiriləcək aralıq Konqres seçkilərindən əvvəl baş verə bilər.

“Erkən elanla bağlı müzakirələr gedir, insanlar planlaşdırırlar. Hələlik konkret bir şey olmasa da, insanlar hazırlaşırlar”.

Qeyd edək ki, bunu TASS agentliyi nəşrdə yer alan yazıdan sitat gətirib.

Xatırladaq ki, Trampın ilk prezidentlik kampaniyası 2015-ci ilin iyununda başlamışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə