İsveç bunu əvvəldən niyə etmirdi..?

...İsveç Kürdüstan Fəhlə Partiyasının (PK) 73 üzvünü Türkiyəyə ekstradisiya edir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Madriddə NATO sammitindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə prezidentinin sözlərinə görə, İsveç 73-ə yaxın kürd terrorçusunun ekstradisiyası ilə bağlı söz verib. Qeyd edək ki, Ərdoğan bunu Türkiyəyə verilən təminat kimi dəyərləndirib.

Xatırladaq ki, NATO-nun Madrid sammiti iyunun 28-30-da baş tutub. Orada təşkilata üzv ölkələrin liderləri Şimali Atlantika Alyansının 2030-cu ilə qədər yeni strateji konsepsiyasını təsdiqləyiblər və bu konsepsiyada Rusiyanı təhlükəsizliyə birbaşa təhdid adlandırıblar. Bundan əlavə, iclas iştirakçıları rəsmi olaraq İsveç və Finlandiyanı öz sıralarına qoşulmağa dəvət edib və şərq cinahda hərbi mövcudluğunu genişləndirmək qərarına gəliblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə