Türkiyənin Enerji Bazarına Nəzarət və Tənzimləmə Qurumunun məlumatına görə, Rusiya ölkəyə neft və neft məhsullarının əsas tədarükçüsü olaraq qalır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Anadolu” agentliyi yazır.
Belə ki, aprel ayında Rusiya Türkiyəyə 1 milyon 392 min ton, İraqa 1 milyon 83 min ton, Səudiyyə Ərəbistanına 284 min 18 ton neft və neft məhsulları tədarük edib.
2022-ci ilin aprel ayında Türkiyəyə neft məhsullarının idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz artaraq 3 milyon 933 min 497 tona çatıb. Xam neft idxalı 15,5 faiz artaraq 3 milyon 16 min 571 ton, Türkiyəyə dizel yanacağı idxalı isə aprel ayında 16,6 faiz azalaraq 656 min 870 ton olub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)

USD
EUR
GBP
RUB