Braziliyada təbii fəlakət 30 nəfərin həyatına son qoyub

Braziliyada təbii fəlakət 30 nəfərin həyatına son qoyub

Son günlər ərzində leysan və torpaq sürüşməsi Braziliyada 30-dək insanın həyatına son qoyub.

SİA APA-ya istinadən xəbər verir ki, bunu Braziliyanın Pernambuk regionunun Mülki müdafiə xidməti açıqlayıb.

Səhər saatlarında torpaq sürüşməsi nəticəsində 10 nəfərin öldüyü təsbit edilib. Gün ərzində təbii fəlakət qurbanlarının sayı 30-a çatıb.

Yerli medianın xəbərinə görə, aramsız yağışlar minədək insanın təxliyə olunması ilə nəticələnib. Regiona sutka ərzində 246 mm yağıntı düşüb ki, bu da aylıq normanın 70%-nə bərabərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə