ABŞ Türkiyəni razı salmalıdır...

Vaşinqton müttəfiqliyi gücləndirmək üçün Ankaranı Qara dənizi NATO gəmiləri üçün açmağa razı salmalıdır. Müvafiq bəyanatı Amerikanın “The Hill” qəzetinə yazdığı məqalədə köşə yazarı Set Kropsi verib.

SİA bu barədə “rambler”ə istinad edir.

Jurnalistin fikrincə, ABŞ prezidenti Cozef Bayden güzəştə getməli və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın maraqlarını tanımalıdır. Bunun üçün Kropsi ABŞ-a Türkiyənin ehtiyac duyduğu Qərb hərbi texnologiyasını satmağı təklif etdi.

Amerikalı yazar hesab edir ki, bu, Şimali Atlantika alyansını gücləndirəcək və Türkiyəni Finlandiya və İsveçin ona qoşulması ilə bağlı vetosunu ləğv etməyə inandıracaq.

“Birləşmiş Ştatlara təkcə Kiçik Asiya dövlətinə rüşvət vermək lazım deyil, həm də Qara dənizə çıxış müqabilində ondan xahiş etməlidir. Bu, eskalasiya və Ərdoğanın Rusiya-Ukrayna münasibətlərindəki diplomatik rolunu sarsıdacaq bir addım olardı”-deyən amerikalı jurnalist, NATO-nun məhz bunun sayəsində böyük strateji üstünlük əldə edəcəyini istisna etmir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə