Türkiyənin İstanbul şəhərinin Sancaktepe rayonunda terror yuvası məhv edilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə "Twitter" səhifəsində ölkənin daxili işlər naziri Süleyman Soylu yazıb.
"Sancaktepedə daha bir terror yuvası məhv edilib", - deyə nazir bildirib.
Onun sözlərinə görə, terrorla mübarizə bölməsi 3 terrorçunu yaxalayıb.
5 kq partlayışa hazır partlayıcı maddə, bomba mexanizmləri və xeyli silah-sursat ələ keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB