İstanbulda terrorçu yuvası məhv edilib

28 Aprel 2022 03:14 (UTC+04:00)

Türkiyənin İstanbul şəhərinin Sancaktepe rayonunda terror yuvası məhv edilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə "Twitter" səhifəsində ölkənin daxili işlər naziri Süleyman Soylu yazıb.

"Sancaktepedə daha bir terror yuvası məhv edilib", - deyə nazir bildirib.

Onun sözlərinə görə, terrorla mübarizə bölməsi 3 terrorçunu yaxalayıb.

5 kq partlayışa hazır partlayıcı maddə, bomba mexanizmləri və xeyli silah-sursat ələ keçirilib.