Honduras hakimiyyəti keçmiş prezident Xuan Orlando Hernandesi ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsinə təhvil verib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə yerli “El Heraldo” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, təhvil vermə prosesi Hernan Akosta aviabazasında baş tutub, eks-prezident təyyarə ilə Nyu-Yorka aparılacaq. Səlahiyyət müddəti yanvarın sonunda başa çatan keçmiş dövlət başçısı ABŞ-da narkotik qaçaqmalçılığında iştirakda ittiham olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB