Axır ki, ABŞ-a ekstradisiya edildi

22 Aprel 2022 03:40 (UTC+04:00)

Honduras hakimiyyəti keçmiş prezident Xuan Orlando Hernandesi ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsinə təhvil verib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə yerli “El Heraldo” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, təhvil vermə prosesi Hernan Akosta aviabazasında baş tutub, eks-prezident təyyarə ilə Nyu-Yorka aparılacaq. Səlahiyyət müddəti yanvarın sonunda başa çatan keçmiş dövlət başçısı ABŞ-da narkotik qaçaqmalçılığında iştirakda ittiham olunur.