Türkiyə ordusunda “Kamikadze”lərin sayı artır

“Twitter” hesabından STM - Müdafiə Texnologiyaları Mühəndislik və Ticarət AŞ (STM Savunma Teknolojileri Mühendislik ve Ticaret Anonim Şirketi) tərəfindən istehsal edilən sistemin görüntüləri ilə çatdırılma prosesi haqqında məlumat verən İ.Dəmir yazıb...
Türkiyə ordusunda “Kamikadze”lərin sayı artır

Türkiyə Silahlı Qüvvələrində “Kamikadze” pilotsuz uçuş aparatı KARGU-nun sayı artır.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Türkiyə Müdafiə Sənayesi Mətbuat Xidmətinin rəhbəri İsmail Dəmir Türkiyə ordusuna “Portativ dönər qanad hücumçu” pilotsuz uçan aparat - KARGU-nun yeni tədarükünün həyata keçirildiyini bildirib.

“Twitter” hesabından STM - Müdafiə Texnologiyaları Mühəndislik və Ticarət anonim şirkəti (STM Savunma Teknolojileri Mühendislik ve Ticaret Anonim Şirketi) tərəfindən istehsal edilən sistemin görüntüləri ilə çatdırılma prosesi haqqında məlumat verən İ.Dəmir yazıb: "KARGU tədarükünə davam edirik. Əməliyyat sahəsində təhlükəsizlik qüvvələrimizin əlini gücləndirən KARGU-nu Türkiyə Silahlı Qüvvələrinə təslim etdik. Uğurlar".

“Kamikaze” kimi tanınan KARGU-nun üstün xüsusiyyətləri artan missiya müddəti və hündürlüyü, aşağı səs səviyyəsi, sürətli, çevik, ağıllı və güclü olmasıdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə