Türkiyə ordusunda “Kamikadze”lərin sayı artır

11 Aprel 2022 00:12 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələrində “Kamikadze” pilotsuz uçuş aparatı KARGU-nun sayı artır.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Türkiyə Müdafiə Sənayesi Mətbuat Xidmətinin rəhbəri İsmail Dəmir Türkiyə ordusuna “Portativ dönər qanad hücumçu” pilotsuz uçan aparat - KARGU-nun yeni tədarükünün həyata keçirildiyini bildirib.

“Twitter” hesabından STM - Müdafiə Texnologiyaları Mühəndislik və Ticarət anonim şirkəti (STM Savunma Teknolojileri Mühendislik ve Ticaret Anonim Şirketi) tərəfindən istehsal edilən sistemin görüntüləri ilə çatdırılma prosesi haqqında məlumat verən İ.Dəmir yazıb: "KARGU tədarükünə davam edirik. Əməliyyat sahəsində təhlükəsizlik qüvvələrimizin əlini gücləndirən KARGU-nu Türkiyə Silahlı Qüvvələrinə təslim etdik. Uğurlar".

“Kamikaze” kimi tanınan KARGU-nun üstün xüsusiyyətləri artan missiya müddəti və hündürlüyü, aşağı səs səviyyəsi, sürətli, çevik, ağıllı və güclü olmasıdır”.