“Taliban Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istəyir”

“Rossiya-1” dövlət telekanalına açıqlamasında Z.Kabulov Taliban hökuməti ilə Rusiya arasındakı əlaqələri dəyərləndirərək deyib...
“Taliban Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istəyir”

Rusiya Prezident Aparatının Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov deyib ki, Əfqanıstandakı Taliban administrasiyası Rusiya ilə münasibətləri möhkəmləndirmək istəyir. SİA bu barədə rus mətbuatına istinad edir.

“Rossiya-1” dövlət telekanalına açıqlamasında Z.Kabulov Taliban hökuməti ilə Rusiya arasındakı əlaqələri dəyərləndirərək deyib: “Talibanla dialoqun dostluğa xidmət edəcək, formal xarakter daşımayacaq.

Biz yeni Əfqanıstan administrasiyasının Rusiya ilə münasibətləri yaxşılaşdırma münasibətini hiss etdik.

Qeyd edək ki, Rusiya nümayəndə heyəti martın 24-də Əfqanıstanın paytaxtı Kabildə Taliban hökuməti nümayəndələri ilə görüşüb. Talibançılar bu danışıqlar nəticəsində rəsmi Moskva ilə əməkdaşlığın genişləndirilməsinin tərəfdarı olduqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə