“Taliban Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istəyir”

4 Aprel 2022 00:24 (UTC+04:00)

Rusiya Prezident Aparatının Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov deyib ki, Əfqanıstandakı Taliban administrasiyası Rusiya ilə münasibətləri möhkəmləndirmək istəyir. SİA bu barədə rus mətbuatına istinad edir.

“Rossiya-1” dövlət telekanalına açıqlamasında Z.Kabulov Taliban hökuməti ilə Rusiya arasındakı əlaqələri dəyərləndirərək deyib: “Talibanla dialoqun dostluğa xidmət edəcək, formal xarakter daşımayacaq.

Biz yeni Əfqanıstan administrasiyasının Rusiya ilə münasibətləri yaxşılaşdırma münasibətini hiss etdik.

Qeyd edək ki, Rusiya nümayəndə heyəti martın 24-də Əfqanıstanın paytaxtı Kabildə Taliban hökuməti nümayəndələri ilə görüşüb. Talibançılar bu danışıqlar nəticəsində rəsmi Moskva ilə əməkdaşlığın genişləndirilməsinin tərəfdarı olduqlarını bildiriblər.