Ukraynada müharibədə iki gün ərzində 198 nəfər həlak olub, onlardan üçü uşaqdır. SİA-nın məlumatına görə, bunu ölkənin səhiyyə naziri Viktor Lyaşko deyib.
O bildirib ki, bu müddət ərzində yaralıların sayı 1 115 nəfər təşkil edib. Onlardan 33 nəfəri uşaqdır.
Qeyd edək ki, hərbi əməliyyatların ilk günündə 137 ukraynalının həlak olduğu, 316 nəfərin yaralandığı deyilirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB