Ukrayna Səhiyyə Nazirliyi həlak olanların sayını AÇIQLAYIB

26 Fevral 2022 14:25 (UTC+04:00)

Ukraynada müharibədə iki gün ərzində 198 nəfər həlak olub, onlardan üçü uşaqdır. SİA-nın məlumatına görə, bunu ölkənin səhiyyə naziri Viktor Lyaşko deyib.

O bildirib ki, bu müddət ərzində yaralıların sayı 1 115 nəfər təşkil edib. Onlardan 33 nəfəri uşaqdır.

Qeyd edək ki, hərbi əməliyyatların ilk günündə 137 ukraynalının həlak olduğu, 316 nəfərin yaralandığı deyilirdi.