Polşa Belarusla sərhəddə divar tikir

Polşa administrasiyası Belarus üzərindən gələn qeyri-qanuni mühacirlərin sayının artması səbəbindən sərhəddə tikməyə qərar verdiyi divarın tikintisinə başlayıb. 1,6 milyard zlotiyə (təxminən 350 milyon avro) başa gələcək 186 kilometrlik divarın tikintisinin iyunun sonunadək başa çatdırılması planlaşdırılır. SİA xarici mətbuata istinadən bildirir ki, keçən ilin yayından etibarən Belarusdan gələn qeyri-qanuni mühacirlərin sayının artması səbəbindən sərhəddə divar tikməyə qərar verən Polşa rəhbərliyi bu gün divarın tikintisinə başlayıb. Polşa Sərhəd Mühafizə Birliyinin sosial media hesabında yayımladığı video ilə tikintiyə başlanıldığı açıqlanıb. Divarın tikintisinə Polşa-Belarus sərhəd xətti boyunca 4 fərqli bölgədə eyni vaxtda başlanıldığı və divarın uzunluğunun 186 kilometr, ümumi dəyərinin isə 1,6 milyard zloti (təxminən 350 milyon avro) olacağı bildirilib. Divarın tikintisinin gələn iyunun sonunadək başa çatdırılması planlaşdırılır.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə