Məhbuslar arasında qarşıdurma: 8 ölü, 7 yaralı...

Meksikanın qərbində Kolima ştatında yerləşən həbsxanada məhbuslar arasında baş verən qarşıdurma zamanı azı 8 nəfər ölüb, 7 nəfər yaralanıb.

SİA-nın məlumatına görə, bu barədə regional hökumətin yaydığı bəyanatda bildirilib.

Hazırda islah müəssisəsində vəziyyət rəhbərliyin tam nəzarətindədir. Prokurorluğun əməkdaşları hadisənin başvermə səbəblərini araşdırır.

Dövlət orqanları həlak olanların ailələrinə başsağlığı verib və zərərçəkənlərə lazımi köməklik göstəriləcəyini vəd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə