Ukraynada xüsusi messencer hazırlanır HƏRBÇİLƏR ÜÇÜN

Ukraynanın Xüsusi Rabitə və İnformasiya Mühafizəsi üzrə Dövlət Xidməti Ukrayna hərbçilərinin istifadə edəcəyi “Rozmov” (Söhbət) messencerinin yaradılması üzərində işləyir. SİA xəbər verir ki, bu sözləri idarənin rəisi Yuri Şçiqol Forbes-ə müsahibəsində deyib.

"İndi Dövlət Xüsusi Rabitə Xidmətinin komandası, məsələn, öz messencerini - Rozmova-nı sınaqdan keçirir. Onu müxtəlif regionlardan olan proqramçılar təkbaşına hazırlayıblar. Əvvəlcə messencerin təhlükəsizlik səviyyəsi yoxlanılacaq, sonra onlar qərar verəcəklər və bu, hərbçilərə təklif olunacaq”, deyə Şeqol bildirib.

Onun sözlərinə görə, Ukrayna hərbçilərinə sosial şəbəkələrdən istifadə etmək tövsiyə edilmir. Əvəzində onlara iki-üç il əvvəl məşhurlaşan İsveçrə messenceri “Threema” təklif olunur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...