4 qol və 4 ayaqlı uşaq dünyaya gəldi

Hindistanda doğum hadisəsi bütün ölkəni təəccübləndirdi. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 4 qol və 4 ayaqla dünyaya gələn körpəni yerli sakinlər “möcüzəli” doğuş kimi qiymətləndirirlər. Körpənin dünyaya gəlişi əhalinin Hindistanın "Sədar" xəstəxanasını ziyarət etməsinə səbəb olub. Cinsiyyəti hələ açıqlanmayan körpə özünəməxsus görünüşü və qeyri-normal bədən üzvləri ilə ölkə daxilində şöhrət qazanıb.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə