192 mindən çox insanda koronavirus aşkarlanıb - İTALİYADA

İtaliyada son 24 saatda Covid-19 epidemiyasında 192 min 320 yeni yoluxma aşkarlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, epidemiyanın başladığı 2020-ci ilin fevral ayından indiyədək ümumi yoluxma sayı 9 milyon 219 min 391 nəfər olaraq qeydə alınıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saatda edilən 1 milyon 181 min 889 testdə daha 192 min 320 nəfərdə Covid-19 aşkarlanıb. Aktiv Covid-19 xəstələrinin sayının 2 milyon 626 min 590-a yüksəldiyi İtaliyada son 24 saatda virusdan həyatını itirənlərin sayı 380 nəfər artaraq 142 min 205-ə çatıb. Sağalanların sayı isə 136 min 152 artaraq 6 milyon 450 min 596-ya çatıb.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...