Seksual məzmunlu filmlərdə rol aldığı öyrəniləndə işini itirdi

İngiltərədə yaşayan Skayler Makkey adlı qadın seksual xarakterli filmlərdə rol aldığı bilinəndə başına gələnlərdən danışıb. Seminar rəhbəri və teatr aktyoru kimi çalışmaqla yanaşı, gizli şəkildə yetkinlər üçün filmlərdə rol alan Makkay, həqiqət üzə çıxanda həm işindən, həm də ölkəsindən qovulub. SİA xarici mətbuata istinadən xəbər verir ki, əvvəllər Şotlandiyada olan Makkey, seksual xarakterli filmlərdə çəkilmək üçün bir şirkətlə müqavilə bağladığını deyib. Fərqli işlərlə məşğul olduğunu dilə gətirən gənc qadın, “O vaxtlar ikili həyat yaşayırdım. Şotlandiya gənclər teatrında işləyirdim, orada atelye rəhbəri idim və “Queen Marqaret” Universitetində dram təhsili alırdım” deyib. Yetkinlər üçün filmlərdə rol aldığı öyrənilən zaman bütün işlərindən qovulan Makkay, “Bütün sənaye məndən üz çevirdi, etibar edilməyəcək biri kimi görüldüm və 24 saat içində hər şeyim əlimdən alındı” və qadın, o an yaşadıqlarını dilə gətirdi.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə