Fransada ən yüksək yoluxma sayı qeydə alınıb

Fransada yeni növ koronavirus (Covid-19) epidemiyasında son 24 saatda 59 min 19 yeni yoluxma halının aşkarlanması ilə 2020-ci ilin noyabr ayından bu yana ən yüksək gündəlik yoluxma sayı qeydə alınıb. SİA xarici mətbuata istinadən bildirir ki, Fransada epidemiyanın 5-ci dalğasında gündəlik yoluxmaların sayı sürətlə artmağa davam edir. Beləliklə, Fransada epidemiya başlayandan indiyədək qeydə alınan yoluxmaların ümumi sayı 7 milyon 987 min 591-ə çatıb. "Pfizer/BioNTech", "Moderna", "AstraZeneca" və "Janssen" peyvəndlərinin tətbiq olunduğu ölkədə ümumilikdə 109 milyon 995 min 788 nəfər Covid-19-a qarşı peyvənd edilib, onlardan 52 milyon 147 min 126 nəfərinə tək doza, 11 milyon 619 min nəfərə isə peyvənd edilib. Peyvənd kampaniyası başlayandan indiyədək ümumi əhalinin 77,3 faizi ən azı bir doza peyvənd olunub.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...