Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyada keçirdiyi əməliyyatlar zamanı 4 terrorçu zərərsizləşdirilib.
SİA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
İraqın şimalında 3 PKK terrorçusu zərərsizləşdirilib. Onlardan ikisi “Pençe Yıldırım” əməliyyat zonasında məhv edilib.
Suriyanın şimalında Türkiyə xüsusi təyinatlıları tərəfindən “Barış Pinarı” əməliyyatı zonasına hücum hazırlayan terrorçu öldürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB