Türkiyə ordusu hücuma hazırlaşan terrorçuları məhv edib

4 Dekabr 2021 11:19 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyada keçirdiyi əməliyyatlar zamanı 4 terrorçu zərərsizləşdirilib.

SİA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

İraqın şimalında 3 PKK terrorçusu zərərsizləşdirilib. Onlardan ikisi “Pençe Yıldırım” əməliyyat zonasında məhv edilib.

Suriyanın şimalında Türkiyə xüsusi təyinatlıları tərəfindən “Barış Pinarı” əməliyyatı zonasına hücum hazırlayan terrorçu öldürülüb.