Yerə çırpılmaqdan son anda qurtuldu

Rusiyanın paytaxtı Moskvada bir tikintinin üst mərtəbəsində işləyən fəhlə ölümdən son anda qrtulub. Tarazlığını itirən fəhlə yüksək mərtəbədən yerə düşərkən binanın dəmirlərinə ilişərək sağ qalıb. SİA xarici mətbuata istinadən bildirir ki, metrlərlə hündürlükdən yerə çırpılmaqdan son anda xilas olan işçi dostları tərəfindən qaldırılan kran və gətirdikləri ağacla binanın pəncərəsindən içəri çəkilib.
Qeyd edək ki, işçinin xilasetmə anlarının görüntüləri sosial medianın gündəminə bomba kimi düşüb və işçilərin dostlarını xilas etmək üçün göstərdiyi səylər böyük təqdirlə qarşılanıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...