“İdlib gərginliyi azaltma zonasında” atəşkəs pozulub

Suriyada Əsəd rejimi və onu dəstəkləyən İranın himayəsindəki xarici terrorçulardan ibarət rejim qüvvələri “İdlib gərginliyi azaltma zonasında” atəşkəs rejimini pozub.
SİA xəbər verir ki, İdlibin şimal-şərqindəki Serakib rayonunda yerləşən Əsəd rejimi ordusu və İranın dəstəklədiyi xarici terrorçu qruplardan ibarət rejim qüvvələri Binniş rayonuna qurudan quruya silahlarla hücum təşkil edərək atəşkəs rejimini pozub.

Mülki yaşayış məntəqələrinin hədəfə götürüldüyü hücumlar nəticəsində dinç əhalidən 6 nəfər yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...