Lukaşenko Putini qardaş adlandırıb

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya dövlətinin başçısı Vladimir Putini qardaş adlandırıb. SİA xəbər verir ki, Belarus prezidenti bu sözləri RİA Novosti agentliyinə müsahibəsində deyib.

O, Putinlə dünyaya eyni şəkildə baxdıqlarını söyləyib.

"Deyə bilərəm ki, Vladimir Putin məni dostdan artıq hesab edir, biz qardaşıq. Amma ciddi desəm, nəyin ortaq olduğunu bilirsinizmi?. Biz bu dünyanı eyni gözlə görürük", deyə o qeyd edib.

O, həmçinin vurğulayıb ki, ötən il Belarusda keçirilən prezident seçkilərindən sonra rusiyalı həmkarı sadəcə müttəfiq kimi deyil, əsl dost kimi çıxış edib.

Xatırladaq ki, bir qədər əvvəl Putin bildirmişdi ki, Rusiya xaricdən respublikada vəziyyəti sarsıtmaq üçün davamlı təzyiqlər və inadkar cəhdlər qarşısında qardaş Belarus xalqına yardımı davam etdirəcək. Rusiya həmçinin qeyd etmişdi ki, bundan əlavə, Moskva Minsklə çoxşaxəli əlaqələri inkişaf etdirəcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə