Cənubi Afrikada bir gündə yoluxma sayı iki dəfə artıb

Cənubi Afrikada bir gündə  yoluxma sayı iki dəfə artıb

Cənubi Afrika Respublikasında (CAR) son 24 saat ərzində koronavirusa yoluxanların sayı iki dəfə artıb.

SİA xəbər verir ki, bu barədə CAR-ın Milli Yoluxucu Xəstəliklər İnstitutu məlumat yayıb.

Ölkədə ötən gün 4 373 yeni COVID-19 hadisəsi təsdiqlənib ki, bu da əvvəlki gün qeydə alınan 2273-dən iki dəfə çoxdur.

Koronavirusa yoluxanların ümumi sayı isə 2 milyon 968 min 52 nəfərə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə