Cənubi Afrikada bir gündə yoluxma sayı iki dəfə artıb

1 Dekabr 2021 06:48 (UTC+04:00)

Cənubi Afrika Respublikasında (CAR) son 24 saat ərzində koronavirusa yoluxanların sayı iki dəfə artıb.

SİA xəbər verir ki, bu barədə CAR-ın Milli Yoluxucu Xəstəliklər İnstitutu məlumat yayıb.

Ölkədə ötən gün 4 373 yeni COVID-19 hadisəsi təsdiqlənib ki, bu da əvvəlki gün qeydə alınan 2273-dən iki dəfə çoxdur.

Koronavirusa yoluxanların ümumi sayı isə 2 milyon 968 min 52 nəfərə çatıb.