Məqsəd nəsil artımını stimullaşdırmaqdır

Çində əhalinin artımını sürətləndirmək üçün analıq məzuniyyətinin müddəti artırılıb
Məqsəd nəsil artımını stimullaşdırmaqdır

Pekin bələdiyyəsinin qərarı ilə analıq məzuniyyətinin müddəti 30 gün artırılaraq 158 günə çatdırılıb.

SİA-nın Çin mənbələrinə istinadla xəbərinə görə, məqsəd nəsil artımını stimullaşdırmaqdır.

Uzun müddət tək uşaq siyasəti nəticəsində əhali kifayət qədər yaşlanıb. Bu da ölkə iqtisadiyyatını işçi çatışmazlığı ilə üz-üzə qoyur.

Qeyd edək ki, Çİn hökuməti son illərdə uşaq sayı ilə bağlı tələbləri yumşaldıb. Bu ildən 3 uşağa sahib olmağa icazə verilsə də, doğuş sayında azalma qeydə alınır.

Bütün xəbərlər Facebook səhifəmizdə