Türkiyədə "Covid-19"la bağlı son vəziyyət

Gündəlik yoluxma sayı 27.592-dir. (24 noyabr 2021)

Türkiyədə yeni tip koronavirusdan (Covid-19) noyabrın 24-də 175 nəfər dünyasını dəyişib. SİA bu barədə türk mətbuatına istinad edir.

Bir gündə 364 min 351 test edilib. Gündəlik yoluxma sayı 27.592-dir.

Son 24 saatda sağalanların sayı 28.285-dür.

Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi 119 milyon 730 min 97 peyvənd vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə