Türkiyədə "Covid-19"la bağlı son vəziyyət

24 Noyabr 2021 22:52 (UTC+04:00)

Türkiyədə yeni tip koronavirusdan (Covid-19) noyabrın 24-də 175 nəfər dünyasını dəyişib. SİA bu barədə türk mətbuatına istinad edir.

Bir gündə 364 min 351 test edilib. Gündəlik yoluxma sayı 27.592-dir.

Son 24 saatda sağalanların sayı 28.285-dür.

Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi 119 milyon 730 min 97 peyvənd vurulub.