Ayvacık yaxınlığında daha 35 miqrat xilas edilib

Çanaqqalanın Ayvacık rayonu sahillərində qayıqları sürüklənən 35 nizamsız miqrant dəniz mühafizə dəstələri tərəfindən xilas edilib.

Məlumata görə bir qrup nizamsız immiqrantı Yunanıstanın Midilli adasına aparmaq üçün dənizdə üzən qayığın mühərriki sıradan çıxıb. SİA bu barədə türk mətbuatına istinad edir.

Qayıq sürükləndikdən sonra kömək istəyən müxtəlif ölkələrdən 35 nəfər, dəniz mühafizə dəstələri tərəfindən xilas edilib. Qeyri-qanuni yollarla ölkəyə daxil olmuş miqrantlar Ayvacık polis idarəsi yanında “Əcnəbiləri deportasiya” bölməsinə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...