Ayvacık yaxınlığında daha 35 miqrat xilas edilib

26 Oktyabr 2021 22:13 (UTC+04:00)

Məlumata görə bir qrup nizamsız immiqrantı Yunanıstanın Midilli adasına aparmaq üçün dənizdə üzən qayığın mühərriki sıradan çıxıb. SİA bu barədə türk mətbuatına istinad edir.

Qayıq sürükləndikdən sonra kömək istəyən müxtəlif ölkələrdən 35 nəfər, dəniz mühafizə dəstələri tərəfindən xilas edilib. Qeyri-qanuni yollarla ölkəyə daxil olmuş miqrantlar Ayvacık polis idarəsi yanında “Əcnəbiləri deportasiya” bölməsinə təhvil verilib.