ABŞ Rusiya sərhədləri yaxınlığında təlimlərə başlayıb

ABŞ Hərbi Hava Qüvvələri “F-16” qırıcı təyyarələrini Alyaskanın Şemya adasına, Rusiya sərhədinə ən yaxın aerodroma göndərib.

Bu barədə “Forbes” jurnalının eksperti David Ex xəbər verir.

Onun sözlərinə görə, qırıcı manevrlər Rusiya ilə tammiqyaslı müharibə vəziyyətində Amerika tərəfinin hazırlığının tərkib hissəsidir.

O, ABŞ Hərbi Hava Qüvvələrinin ABŞ-ın əsas bazalarına ruslar tərəfindən ballistik və qanadlı raketlərlə hücumundan ehtiyatlandığını bildirib.

Ex qeyd edib ki, məhz bu mülahizələrə əsaslanan Amerika hərbi komandanlığı Alyaskada, yəni Rusiya sərhədləri yaxınlığında təlimlər keçirir.

Təlimin əsas məqsədi mümkün qədər çox kiçik aerodromlarda qırıcıların eniş və uçuşunu təmin etməkdir. Ekspertin fikrincə, məhz orada döyüş təyyarələrini yerləşdirmək bacarığı ABŞ-a rusların hücum edəcəyi təqdirdə onun hücumunu dəf edə biləcəyinə zəmanət verə bilər.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...