Özbəkistanda prezidenti seçkiləri

Bu gün Özbəkistanda prezidenti seçkiləri keçiriləcək.

SİA-nın məlumatına görə, prezident postu üçün ölkədə fəaliyyət göstərən partiyalar tərəfindən irəli sürülən 5 namizəd mübarizə aparacaq.

Seçki məntəqələri Bakı vaxtı ilə saat 07:00-da açılacaq və saat 19:00-da bağlanacaq.

Ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, səsvermə üçün ölkənin daxilində 10 761 seçki məntəqəsi açılacaq.

Son məlumatlara əsasən, vahid seçici siyahısında 19,8 milyon seçici qeydə alınıb. Onlardan təxminən 900 mini ilk dəfə səs verəcək.

Prezident seçkilərinin ilk nəticələri oktyabrın 25-i açıqlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə