Hazırda Əfqanıstanda ABŞ-ın 363 vətəndaşı qalır

Hazırda Əfqanıstanda ABŞ-ın 363 vətəndaşı qalır və onların təxminən yarısı ölkəni tərk etmək istəyir.

Bu barədə CNN telekanalı ABŞ Dövlət Departamentinə istinadən məlumat yayıb.

Dövlət Departamentinin məlumatına görə, 176 amerikalı Əfqanıstanı tərk etmək niyyətindədir.

Qeyd edək ki, 2021-ci ilin avqustunda ABŞ-ın 4,2 min nəfərdən çox vətəndaşı daxil olmaqla, təxminən 124 min nəfər Əfqanıstandan təxliyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...