Son gündə koronavirusdan 57 britaniyalı ölüb

Böyük Britaniyada son sutka ərzində 45 140 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 8 449 165 nəfərə çatıb.

SİA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 57 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 138 584 nəfərə çatıb.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə