Qəndəhar əyalətində məscidə hücum...

Əfqanıstanda Taliban qüvvələrinin qalası olaraq bilinən Qəndəhar əyalətindəki Şiə Fatimiyyə Məscidinə bombalı hücum təşkil edilib.

Cümə namazı zamanı edilən hücum nəticəsində 30 nəfər həyatını itirib vә çox sayda adam yaralanıb.

Taliban qüvvələri hücum təşkil edilən məscidə uzanan bütün yolları bağlayıb.

Xatırladaq ki, ötən həftə ölkənin şimalındakı Kunduz əyalətində şiələrə məxsus məscidə təşkil edilən hücum nəticəsində 46 nəfər həyatını itirdi. Hücuma görə məsuliyyəti terror təşkilatı DEAŞ üzərinə götürdü.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə