Qəndəhar əyalətində məscidə hücum...

15 Oktyabr 2021 14:37 (UTC+04:00)

Cümə namazı zamanı edilən hücum nəticəsində 30 nəfər həyatını itirib vә çox sayda adam yaralanıb.

Taliban qüvvələri hücum təşkil edilən məscidə uzanan bütün yolları bağlayıb.

Xatırladaq ki, ötən həftə ölkənin şimalındakı Kunduz əyalətində şiələrə məxsus məscidə təşkil edilən hücum nəticəsində 46 nəfər həyatını itirdi. Hücuma görə məsuliyyəti terror təşkilatı DEAŞ üzərinə götürdü.