Ermənistanda koronavirusa yoluxanların müalicəsi pullu ola bilər
"Bu ilin dekabr ayından etibarən peyvənd olunmayan, lakin koronavirusa yoluxmuş vətəndaşların müalicəsi pullu ola bilər”.
Bunu Ermənistanın səhiyyə naziriliyinin mətbuat katibi Ripsime Xaçatryan erməni saytına - “News-am”a müsahibəsində deyib.
Onun sözlərinə görə, bu gün koronavirusa yoluxmuş vətəndaşın müalicəsi xəstənin vəziyyətindən asılı olaraq təxminən 800 min drama başa gəlir.
Təbii ki, ermənilər üçün böyük məbləğdir. Amma ermənilər bunu o vaxt, yəni iranlı qardaşlarını "müftə" peyvəndləyəndə düşünəydilər...
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB