"Bu ilin dekabr ayından etibarən peyvənd olunmayan, lakin koronavirusa yoluxmuş vətəndaşların müalicəsi pullu ola bilər”.
Bunu Ermənistanın səhiyyə naziriliyinin mətbuat katibi Ripsime Xaçatryan erməni saytına - “News-am”a müsahibəsində deyib.
Onun sözlərinə görə, bu gün koronavirusa yoluxmuş vətəndaşın müalicəsi xəstənin vəziyyətindən asılı olaraq təxminən 800 min drama başa gəlir.
Təbii ki, ermənilər üçün böyük məbləğdir. Amma ermənilər bunu o vaxt, yəni iranlı qardaşlarını "müftə" peyvəndləyəndə düşünəydilər...
Nazlı