Sudanda İŞİD terror qruplaşması üzvlərinin saxlanılması ilə bağlı aparılan əməliyyat zamanı 5 hərbçi öldürülüb.
SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Sudan kəşfiyyatının mətbuat xidməti məlumat yayıb.
“Kəşfiyyat xidməti beş zabitini itirib, onların arasında iki zabit və üç unter-zabit var, daha bir zabit isə yaralanıb”, - məlumatda belə deyilir.
Bildirilir ki, əməliyyat zamanı müxtəlif ölkələrin vətəndaşları olan 11 terrorçu saxlanılıb. Dörd terrorçu qaça bilib, onlar hazırda təqib edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB